Azərbaycana 33 trilyon ABŞ dollarından çox vəsaiti idarə edən investorlar gəlib.
HİT.az "Report"a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bura dünyanın hər yerindən 33 trilyon dollardan çox vəsaiti idarə edən investorlar gəliblər: "Təbii ki, onlar Azərbaycana investisiya yatırmaq üçün bütün mümkün variantları nəzərdən keçirirlər. Ümid edirik ki, belə bir forumun nəticəsində real layihələr meydana çıxacaq və investisiyalar olacaq".
O qeyd edib ki, forum çərçivəsində artıq 10 milyard dollardan çox potensial investisiya üzrə sənədlər imzalanıb: "Eyni zamanda, xüsusilə rəqəmsallaşma və transformasiya sahəsində daha böyük layihələr üçün müəyyən ilkin şərtlər də yaradılıb. Azərbaycanın üstünlüyü də məhz bundan ibarətdir ki, bizdə çoxlu və ucuz, gələcəkdə isə potensial olaraq yaşıl enerji var. Bu gün cənab Prezident də açıqlayıb ki, Azərbaycanda bərpa olunan elektrik enerjisi sahəsində enerji potensialı çox böyükdür".


