Maliyyə Nazirliyi 900 min manata yaxın borcu olan şirkəti cərimələndi

İQTİSADİYYAT
20:39 / 24.08.2026
46

“DEMİR AZ” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

HİT.az yurd.media-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən “DEMİR AZ” MMC-də yoxlama aparılıb. 

Məlum olub ki, şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə “DEMİR AZ” 1500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, “DEMİR AZ” MMC 2018-ci ildən fəaliyyət göstərir, direktoru Azər Əlizadədir. Cəmi 10 manat nizamnamə kapitalı olan şirkətin hazırda dövlətə 895 min manat vergi borcu var.

0