Elm və Təhsil Nazirliyi AQTİ-yə 1 milyon pul ödəyəcək

İQTİSADİYYAT
22:34 / 25.08.2026
46

Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrində sanitariya gigiyena və qida təhlükəsizliyinin təmin olunması ilə əlaqədar hazırlıqları yekunlaşdırıb.

Bu barədə İqtisadiyyat.az nazirlikdən məlumat əldə edib.

Məlumata əsasən, bu işləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) həyata keçirəcək.

Belə ki, qiymətləndirmə və məsləhət xidmətləri, infrastruktur qiymətləndirməsi, təhsil müəssisələrində infrastruktur, avadanlıq, bina və sanitariya-gigiyena qaydalarının tətbiqi üzrə normativ hüquqi aktlardan irəli gələn tələblər əsasında qiymətləndirilmənin həyata keçirilməsi nəzərdə tutulub.

Sözügedən işlərin icrasına 1 milyon manat vəsait sərf olunacaq.
 

0