Eyni şəxsə məxsus şirkətlərin külli miqdarda borcu yaranıb

İQTİSADİYYAT
19:40 / 26.08.2026
40

"Zal Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda borcu olduğu üzə çıxıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin 147 min manat vergi borcu yaranıb.

Tural Zalovun 2 ildir ki fəaliyyət göstərən bu şirkətinin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir.

Qeyd edək ki, Zalov Tural Zal oğlunun tikinti ilə məşğul olan digər şirkətinin də borcu 100 min manata çatır.

Belə ki, 2012-ci ildən fəaliyyət göstərən "Zaloğlu İnşaat" MMC-nin vergi borcu hazırda 91 min manat təşkil edir.

Bu şirkətin də nizamnamə kapitalı cəmi 10 manatdır.

Xatırladaq ki, bir müddət əvvəl "Zaloğlu İnşaat" tərəfindən Qəbələ rayon ərazisində tikinti işləri zamanı MMC-in direktoru Tural Zalovun əmək müqaviləsi bağlamadan Qəbələ sakini Qafqaz Alcanovu müxtəlif tikinti işlərinin yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilmişdi. Məhkəmənin qərarı ilə o 20 min manat məbləğində inzibati cərimə edilmişdi.

0