Mərkəzi Bankın (AMB) baş direktoru Vüqar Əhmədov vəzifəsindən ayrılıb.
HİT.az xəbər verir ki, APA-nın AMB-dən əldə etdiyi məlumata görə, Vüqar Əhmədov avqustun 28-dən öz ərizəsi ilə işdən ayrılıb.
Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 10-dan 9-a enib.
Qeyd edək ki, Vüqar Əhmədov 2009-cü ildən AMB-də çalışıb. Əvvəlcə Mərkəzi Bankın Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilib. 2010-2013-cü illərdə illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin Tədqiqatlar departamentinin direktor müavini, həmin departamentin direktoru, 2013-2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləyib. 2017-ci ilin dekabr ayından isə Mərkəzi Bankın baş direktoru vəzifəsinə çalışıb.


