Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - KİV

HADİSƏ
09:54 / 13.11.2026
73

Kriminal aləmdə “Boyunlar” qrupu kimi tanınan cinayətkar qruplaşmanın rəhbərlərindən biri olan Mehmet Recep Demir Azərbaycanda saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğunun milli və beynəlxalq miqyasda fəaliyyət göstərən, ictimaiyyət arasında “Barış Boyun cinayətkar təşkilatı” kimi tanınan silahlı qruplaşmaya qarşı apardığı istintaq tədbirləri davam edir.

İstintaq çərçivəsində qruplaşmanın rəhbər şəxslərindən hesab olunan Mehmet Recep Demirin Azərbaycanda tutulduğu bildirilir. Onun Azərbaycan Cinayət Məcəlləsinin “Qanunsuz sərhədkeçmə” maddəsi ilə həbs edildiyi qeyd olunur.

Məlumata əsasən, Demir barəsində 48 ayrı axtarış qərarı mövcuddur. Onun Türkiyəyə təhvil verilməsi məqsədilə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Azərbaycanın müvafiq hüquq-mühafizə və məhkəmə orqanlarına ekstradisiya ilə bağlı müraciət hazırlanıb. Hazırda Mehmet Recep Demirin Türkiyəyə ekstradisiyası məsələsinin hüquqi prosedurlar çərçivəsində həll edilməsi gözlənilir.

 

0