Bu gün tarixin vərəqlərində 13 noyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün bəzi tarixi hadisələrlə yadda qalıb.
13 noyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfatı bu günə təsadüf edir. Onu da bildirək ki, bu gün Ümumdünya Xeyirxahlıq Günü kimi qeyd olunur. Beləliklə, tarixin 13 noyabrına nəzər salırıq.
13 noyabrda baş verənlər:
1805-ci ildə Napoleon Bonapartın komandanlığı altında Fransa ordusu Vyanaya daxil olub. 1885-ci ildə Serb-Bolqar müharibəsi başlayıb. 1920-ci ildə Cenevrədə Millətlər Liqasının açılışında 41 ölkədən 5000 nümayəndə iştirak edib. 1945-ci ildə Şarl De Qoll Fransa prezidenti seçilib. 1970-ci ildə Suriyada Hafiz Əsəd çevrilişlə hakimiyyəti ələ keçirib. 1994-cü ildə İsveçdə keçirilən referendumda seçicilər Avropa İttifaqına üzv olmaq qərarına gəliblər.
13 noyabrda doğulanlar:
1960-cı ildə azərbaycanlı kinorejissor Əməkdar incəsənət xadimi, Şamil Nəcəfzadə, 1312-ci ildə İngiltərə kralı III Eduard, 1850-ci ildə Şotlandiya yazıçı Robert Lüis Stivenson, 1899-cu ildə Pakistanın ilk prezidenti İskəndər Mirzə, 1931-ci ildə amerikalı fotoqraf Robert Landsburq, 1969-cu ildə şotland aktyor Cerard Batler və 1999-cu ildə Cənubi Koreya futbolçusu Kim Yun-min dünyaya gəlib.
13 noyabrda vəfat edənlər:
1941-ci ildə Aşıq Hüseyn Bozalqanlı, 1976-cı ildə Aşıq Bəhmən Göyçəli, 1983-cü ildə aktyor Əliağa Ağayev, 1995-ci ildə aktyor Tələt Rəhmanov, 2006-ci ildə Xalq artisti, müğənni Oqtay Ağayev və 2021-ci ildə memar Rasim Əliyev dünyasını dəyişib.
Həmçinin, 1420-ci ildə Qaraqoyunlu sultanı Sultan Qara Yusif, 1868-ci ildə italiyalı bəstəkar Coakkino Rossini, 1903-cü ildə fransız rəssam Kamil Pissarro, 1969-cu ildə Pakistanın ilk prezidenti İskəndər Mirzə, 1974-cü ildə italiyalı kinorejissor Vittorio de Sika vəfat edib.
Pərviz


