Neft qiymətləri bahalaşmağa can atır 

İQTİSADİYYAT
14:37 / 08.05.2020
1680

Cümə günü səhər dünya əmtəə bazarında Brent markalı neft yenidən bir barrel üçün 30 dollardan yuxarı qalxma meyilləri hiss olunur.

Bir gün əvvəl ticarət əməliyyatları ərzində kotirovkalar 31,5 dollar səviyyəsindən yuxarı qalxsa da, sonradan ucuzlaşmağa başlayıb.

Hərraca görə, Bakı vaxtı ilə 6.45 üçün, Şimali Dəniz neftinin qiyməti 1.15% artaraq bir barelə görə 29.8 $ təşkil edib. Qərbi Texas WTI markalı neft o zaman 1,7% bahalaşaraq 23.9 dollara çatıb.

0
Mənbə: Qaynarinfo