AZAL və "Buta Airways" aviabiletlərin pulunu nə vaxt geri qaytaracaq?

İQTİSADİYYAT
12:26 / 25.04.2020
1377

"Azərbaycan Hava Yolları" QSC və onun aşağı büdcəli törəməsi "Buta Airways"in koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ləğv edilmiş reyslər üzrə biletlərin pulunu nə vaxt geri qaytaracağı məlum olub.

Hit.Az xəbər verir ki, bu barədə aviaşirkətlərin müştərilərinə müraciətlərində bildirilir.

Məlumata görə, geriyə ödəniş aviaşirkətlər normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, ardıcıllıqla həyata keçiriləcək. 

1