Uşaqlıqda bir çox insan qarpız tumunun udulmasının təhlükəli olduğu barədə xəbərdarlıq eşidib, lakin mütəxəssislərin fikrincə, bu tumları yemək tamamilə təhlükəsizdir.
HİT.az xəbər verir ki, bu barədə “Southern Living” yazıb.
“Qarpızdan 100 faiz istifadə etmək olar”, deyə Milli Qarpız Təşviqi Şurasının kommunikasiya üzrə baş direktoru Stefan Barlou bildirib.
Qarpız tumunun faydaları
Qarpız aşağı kalorili, eyni zamanda vitamin və minerallarla zəngin meyvədir. Tərkibində C, A və B6 vitaminləri, həmçinin kalium mövcuddur.
Diyetoloq Loren Manakerin sözlərinə görə, qarpız tumları da mühüm qida maddələri ilə zəngindir. Onların tərkibində fosfor, kalium, manqan, fol turşusu, sink, dəmir, həmçinin əvəzolunmaz yağ turşuları və zülal var.
“Bu maddələr, xüsusilə manqan, beyin və sinir sisteminin normal fəaliyyətinə kömək edir. Fosfor sümüklərin möhkəmlənməsində rol oynayır, dəmir isə dəmir çatışmazlığının qarşısını alaraq diqqəti və enerji səviyyəsini artırır”, deyə Loren Manaker qeyd edib.
Bundan başqa, tumlarda olan yağ turşuları xolesterinin azalmasına kömək edə bilər.
Qarpız tumları həm də əlavə zülal mənbəyi sayılır. Stefan(i) Barlouya görə, 30 qram qabığı təmizlənmiş və qurudulmuş qarpız tumunda təxminən 10 qram zülal var.
Eyni miqdarda tum təxminən 158 kalori ehtiva edir.
Qarpız tumunun növləri
Qarpız tumlarının iki əsas növü var: qara və ağ tumlar.
Qara tumlar tam yetişmiş toxumlardır və hətta əkilərək yeni qarpız yetişdirmək mümkündür.
Ağ tumlar isə yetişməmiş qara tumların boş qabıqlarıdır və daha yumşaq olduqları üçün asanlıqla udulur. Tumsuz qarpızlarda isə belə ağ tumlar daha çox olur, çünki bu növ xüsusi olaraq yetişdirilir.
Qarpız tumu necə istifadə olunur?
Qarpız tumları yalnız çiy halda yeyilmir. Onlardan yağ, kərə yağı və hətta un da hazırlanır. Bu məhsullar müxtəlif qida reseptlərində istifadə oluna bilər.
Samir


