Bakıda sürücülər taksi şirkətlərini baykot etdilər

İQTİSADİYYAT
16:23 / 14.05.2020
2014

1500-dən çox taksi sürücüsü sosial şəbəkələrdə qruplaşaraq taksi şirkətlərini baykota çağırıblar.

Mayın 13-dən başlayan və mayın 15-ə kimi davam edəcək aksiyada əsas məqsəd taksi sürücülərinin hüquqlarının qorunmasıdır. Taksi sürücüləri şirkətlərin onları istismar etdiyini iddia edirlər. Belə ki, taksi fəaliyyətilə məşğul olan sürücülər taksi şirkətlərinin qiymətlərinin ucuz olmasından şikayətçidir.

Baykot çağırışından sonra hətta əksər sürücülər taksi şirkətlərinin proqramını telefonundan sildiyini bildirib.

“Avtomobil məndən, yanacaq məndən, can məndən, qazanan taksi şirkətləridir. Sürücü saatlarla gözləyir ki, hansı şirkət sifariş verəcək. Sivil qaydada baykot edək”,-deyə taksi sürücüsü Rasim Şirinov bildirib.

Taksi sürücüləri şirkətləri bir-birilə qiymətlə deyil, keyfiyyətli rəqabət etməyə çağırırlar.

Qeyd edək ki, taksi sürücüləri ilk olaraq "Maxim" və "Omega" şirkətlərinin baykot etmək qərarına gəliblər.

 

0
Bizimyol.info