Vətəndaş Şahin Nəcəfli iddia edir ki, Sumqayıtda Yaşıldərə massivi, Çerkassi küçəsi 5-ci döngədə yerləşən və anasından miras qalmış fərdi yaşayış evi qardaşı tərəfindən razılıqsız satılıb. Onun sözlərinə görə, məbləğ övladlar arasında bərabər paylanmalı olsa da böyük qardaşı Şamil Nəcəfli bunu etməyib.
"Bizə evi 60 minə satıb pulunu dörd nəfər arasında böləcəyini demişdi. İndi isə bunu etməyəcəyini bildirir. Evi satıb, puluna da üç ədəd maşın alıb", - deyə şikayətçi Şahin Nəcəfli bildirib.
Şamil Nəcəfli isə Baku TV-yə açıqlamasında iddiaların həqiqət olmadığını, evin onun adına rəsmiləşdirildiyini söyləyib:
"O, fırıldaqçı adamdır. Sözügedən ev mənimdir. Vaxtilə ona birotaqlı ev də alıb vermişdim. Həm atamın, həm də mənim bağımı satıb. Hər şeyi zəbt edən adamdır".


