Azərbaycanlı iş adamı Gürcüstanda faciəvi şəkildə öldü

HADİSƏ
10:43 / 23.09.2026
41

Dünən Gürcüstanın Marneuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HİT.az Aktual.ge-yə istinadən xəbər verir ki, qəza Marneulidə “Daş sexləri” adlanan ərazidə qeydə alınıb.

Qəza nəticəsində Marneulidə fəaliyyət göstərən “JJB” restoranının sahibi, aşpaz Namiq Qocayev həyatını itirib.

İlkin məlumata görə, Namiq Qocayev avtomobildə tək olub və idarə etdiyi nəqliyyat vasitəsi dirəyə çırpılıb. 

Faktla bağlı araşdırma aparılır.

0