“Keşlə” Tərlan Əhmədovla yollarını ayırdı

İDMAN
16:40 / 08.08.2020
972

“Keşlə” futbol klubunun Müşahidə Şurası bu gün keçirilən iclasda baş məşqçi Tərlan Əhmədovla müqavilənin uzadılmamasına qərar verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı paytaxt təmsilçisi yayıb.

Baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq məşqçi Zaur İsmayılov icra edəcək.

1