"Komandaya kömək etmək istədim, pis vəziyyətə saldım" - Mahir Emreli

İDMAN
14:07 / 06.09.2020
1543

Azərbaycan millisinin üzvü Mahir Emreli Millətlər Liqasını 1-ci turunda Lüksemburqla matçda (1:2) sonra oyunun 25-ci dəqiqəsində qırmızı vərəqə alması barədə danışıb.

23 yaşlı hücumçu bunları deyib:

“Belə bir hal baş verdiyi üçün üzr istəyirəm. Komandaya və baş məşqçini pis vəziyyətdə qoyduğumu başa düşürəm. Həmin epizodda sadəcə hislərimi cilovlaya bilmədim. Bu, mənim üçün böyük dərs olacaq və daha təmkinli olmağa çalışacağam. Düzü, o epizodda komandanı aqressiv oyunla ruhlandırmaq istədim ki, rəqibə qarşı daha yaxşı çıxış etsinlər. Amma təəssüf ki, hər şey fərqli oldu. Komandaya kömək etmək istəyirdim, lakin daha da pis vəziyyətə saldım. Məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram. Eyni zamanda tənqidləri də qəbul etməyə hazıram. Gələcəkdə bu durumu dəyişdirməyə çalışacağam” (azerisport.com).

0
Qol.az