Azərbaycanlı idmançı “Kuruluş Osman”da rol alıb - FOTOLAR

20:48 / 24.11.2020
1098

Dünya şöhrətli kikboksçu Zabit Səmədov məşhur türk serialı “Kuruluş Osman”ın ikinci sezonunda rol alıb.

İdmançımız serialın çərşənbə günü yayımlanacaq 35-ci bölümündə ilk dəfə izləyicilərin qarşısına çıxacaq.

Qeyd edək ki, serialın prodüseri, ssenari yazarı və proyekt dizayneri Mehmet Bozdağ sosial şəbəkədə məsələ ilə bağlı açıqlama verərkən Azərbaycana salam göndərib:

“Bütün dünyada uğurları ilə bizi qürurlandıran azərbaycanlı kikboksçu  Zabit Səmədov “Kuruluş Osman”  serialına qatıldı. Can Azərbaycana salam olsun. Ordularımız müzəffər olsun!”.

1
yenisabah.az