Şəhriyar Məmmədyarov Şahmat Federasiyası və AGİN-i qınadı

11:26 / 17.06.2021
1571

Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Grand Ches Tour"un qalibi olub. 

Fanat.Az xəbər verir ki, iyun ayının 3-15 tarixləri arasında keçirilən turnirdə top onluqdan 7 şahmatçı iştirak edib. 

Sevincini sosyal şəbəkə üzərindən paylaşan Şəhriyar Məmmədyarov statusunda Gənclər və İdman Nazirliyi ilə Şahmat Federasiyasından incidiyini də ehhamla vurğulayıb. Belə ki, turnir başa çatdıqdan sonra bu qurumlar tərəfindən idmançıya heç bir təbrik ünvanlanmayıb. 

Qrossmeysterin statusunu təqdim edirik: 

"Əziz dostlar, bildiyiniz kimi "GRAND CHESS TOUR" turnirinin qalibi oldum. Bu mənim üçün qazandığım ən güclü turnir idi. Bildiyiniz kimi turnirdə top onluqdan 7 şahmatçı iştirak edirdi. Bu zamana qədər Azərbaycan şahmat tarixində bu kimi dairəvi turnirin qalibi olmayıb. Məni turnir ərəfəsində və sonra dəstək olan hər kəsə  dərin təşəkkürümü bildirirım. 

P.S. Ümid edirəm ki, mənim bu qələbəmə bizim (şahmat, idman) aidiyyatı qurumlarda sevinir, təbrik almamağıma baxmayaraq. 
Sizin Şəhriyar".

Gün ərzində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının mövqeyini öyənib diqqətinizə çatdıracağıq. 

0