"Çelsi"nin yeni sahibi bəlli oldu

İDMAN
22:06 / 30.04.2022
1631

İngiltərənin "Çelsi" klubunun yeni sahibi məlum olub. 

Hit.az Böyük Britaniya mediasına istinadla xəbər verir ki, London təmsilçisini ABŞ-lı milyarder Todd Boeli alıb. Biznesmenin 4 milyard funt sterlinq ödəyərək "zadəganlar"a sahibləndiyi bildirilir. Boeli həm də NBA-da çıxış edən "Los Anceles Leykers"in də hissədarlarından biridir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra "Çelsi"nin sahibi, rusiyalı iş adamı Roman Abramoviç sanksiyalarla üzləşmiş və bu səbəbdən klubu satışa çıxarmışdı.

0