"Barselona" bu ulduzunu istəyir - FOTO

İDMAN
15:27 / 10.05.2022
836

"Barselona" heyətini yeni hücumçu ilə gücləndirməkdə maraqlıdır.

 "Mundo Deportivo" xəbər verir ki, Kataloniya klubu "Liverpul"un forvardı Sadio Maneyə göz dikib. 

Mənbə "Barselona"nın 30 yaşlı seneqallının transferi üçün qarşı tərəfə təklif göndərməyə hazırlaşdığını vurğulayıb. Xəbərə görə, "Liverpul" mövsümü çempion kimi bitirməyəcəyi halda, bu keçidin baş tutmaq ehtimalı daha böyük olacaq.

Mane "Liverpul"a 2016-cı ildə "Sauthempton"dan keçib. Bu mövsüm İngiltərə Premyer Liqasında 32 oyuna çıxan afrikalı forvard 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. //Fanat.Az

 

0