Ukrayna millisinin formasında Azərbaycan bayrağı təsvir olundu - FOTO

İDMAN
20:28 / 10.05.2022
933

Ukraynanın kişilərdən ibarət futbol yığması qarşıdakı yoldaşlıq görüşlərində çıxış edəcəyi xüsusi formanı təqdim edib.

HİT.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko feysbuk səhifəsində məlumat verib.

Formalarda Ukraynanın xəritəsi təsvir olunub. Dövlət sərhədləri isə ukraynalılara yardım göstərən ölkələrin bayraqlarının olduğu xətlərlə göstərilib. Onların arasında Azərbaycan və Türkiyə bayraqları da var. 

Xəritənin ortasında "Ukrayna naminə birləşmə" mənasını verən "United for Ukraine" yazısı yer alıb. Formanın arxa tərəfindədəki nömrələrdə isə müharibə nəticəsində dağıdılmış Ukrayna şəhərlərinin adları qeyd olunub.

Həmçinin formanın dizaynı Ukrayna millisinin Avro-2020-dən əvvəl oynadığı formaya bənzəyir.

0