İDMAN
20:37 / 13.05.2022
184

Şəki Olimpiya İdman Kompleksinə niyə direktor təyin olunmur?

“Şəki Olimpiya İdman Kompleksinə yeni direktor hələ ki təyin olunmayıb”.

Bu barədə Oxu.Az-a kompleksdə direktor əvəzi olan Yusif Qaffarov məlumat verib.

“Bəli, ötən ay Gənclər və İdman Nazirliyi bizim kompleksdə direktor vakansiyası olduğunu açıqlamışdı. Hazırda yeni direktor təyin olunanadək bu postu mən icra edirəm. Ancaq hələ ki direktor təyinatı olmayıb”.

Qeyd edək ki, Şəki Olimpiya İdman Kompleksi 2002-ci ilin noyabrın 9-da şəxsən mərhum Prezidentimiz Heydər Əliyevin iştirakı ilə açılıb. İdman obyekti Gənclər və İdman Nazirliyinin balansında olduğundan, bura direktor təyinatı nazir Fərid Qayıbovun əmri ilə həyata keçir.

0