Tahir Süleymanov "Şamaxı"da?

İDMAN
16:33 / 20.05.2022
1218

"Şamaxı" beynəlxalq dərəcəli hakim, "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanova tapşırıla bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, AFFA rəhbərliyi təcrübəli futbol funksioneri ilə bu yöndə geniş müzakirələr aparıb. 

Federasiyanın bu istəkdə bulunmasında futbol adamının əslən Şamaxıdan olması da az rol oynamayıb. Süleymanov "Keşlə"də olduğu kimi, "Şamaxı"nın da strategiyasının düzgün qurulmadığını əsaslandıraraq maliyyə sisteminə qarışmamaq şərtilə, yalnız idarəçilik tam olaraq ona həvalə ediləcəyi halda, təklifin detallarını müzakirə edəcəyini bildirib.

0