“Qarabağ” klubu bu gün ikinci transferini reallaşdırıb.
Ağdam klubu Julio Romao ilə münasibətlərini rəsmiləşdirib.
24 yaşlı braziliyalı legioner dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir.
O, “Partizan”a yollanan Patrik Andradenin yerinə gətirilib. Kabo-verdeli legionerin boşluğunu doldurmalı olan cənubi amerikalı artıq Azərbaycandadır.
2014-2015-ci illərdə “Qolas”ın formasını geyinmiş “sambaçı” növbəti 3 mövsümü “Atletiko Parananese”də keçirib. 2019-2020-ci il mövsümünü “Ponte Preta”da başa vurub.
2020-ci ilin yayında Portuqaliyaya gələn Julio “Santa Klara” ilə anlaşıb. “Qarabağ” onu elə bu klubdan düşərgəsinə dəvət edib. (sportinfo.az)