“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi

İDMAN
21:10 / 10.09.2026
85

“Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.

Hit.az xəbər verir ki, Tovuz təmsilçisi son olaraq “Sumqayıt”da çıxış edən Aleksa Yankoviçi transfer edib.

Klubun yaydığı açıqlamaya görə, 26 yaşlı serbiyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yankoviç karyerası ərzində Serbiyada “Partizan”, “Çukariçki” və “Vojdovaç” klublarının da formasını geyinib.

Xatırladaq ki, bu yay “Turan Tovuz” Dioqo Balau, Aleksey Kenyaykin, Stiv Beusnard, Filip Damyanoviç və Rahil Məmmədovu da transfer edib.

0