Maykıl Kerrik “Sabah”ı təriflədi

İDMAN
09:09 / 11.09.2026
47

“Mançester Yunayted”in baş məşqçisi Maykıl Kerrik UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Sabah” üzərində qazandıqları qələbə (4:0) haqda fikirlərini bölüşüb.

HİT.az xəbər verir ki, ingiltərəli mütəxəssis "TNT Sports"a açıqlamasında əvvəlcə komandasının çıxışını dəyərləndirib:

“Əlbəttə ki, qapımızı toxunulmaz saxlamaq və qələbə qazanmaq xoşdur. Bu, çox müsbət məqamdır. Düşünürəm ki, hücumçularımızdan bəziləri fantastik çıxış etdilər. Göstərdiyimiz futbolun bəzi epizodları həqiqətən çox yaxşı idi. Keçidlər zamanı təhlükəli idik və çox yaxşı müdafiə olunduq".

Mütəxəssis Azərbaycan klubu barədə xoş sözlər deyib: “Sabah”ı təbrik edirəm. Bu komandaya qarşı oynamaq çox çətindir. Onlar qısa ötürmələrlə kombinasiyalar qurur və topu geri qazanmaq üçün sizi çox işləməyə məcbur edirlər. Nəticə rahat görünür, amma oyun belə keçmədi. Düşünürəm ki, bu axşam çox yaxşı iş gördük və bu da bizə uğurlu nəticə qazandırdı".

0