Bakıda sakinlərin lift kartlarını blokladılar - VİDEO

ÖLKƏ
10:15 / 11.09.2026
43

Sakinlərin lift kartları bloklanıb, onlardan əlavə ödəniş tələb olunur... Kartı bloklanan sakinlər isə saatlarla liftin qarşısında gözləməli olurlar...

Akkord" tikinti şirkətinin inşa etdiyi "Uğur-2" MMC-nin balansında olan yaşayış kompleksindəki 8 binada illərdir davam edən infrastruktur və idarəetmə problemləri sakinləri çətin vəziyyət qoyub.

“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən sakinlər iddia edir ki, binaların texniki vəziyyəti günü-gündən pisləşir.

Sakinlər deyirlər  ki, binanın saxlanma xərclərini vaxtlı-vaxtında ödəsələr də, göstərilməli olan xidmətlərdən yararlana bilmirlər.

"Uğur-2" MMC-nin işçiləri isə aylardar maaş almadıqlarını deyirlər.

Kompleksin kommunal xidmətlər həyata keçirən "Uğur yaşam " MMC-nin direktoru Anar Məmmədov bildirib ki, sakinlər binanın saxlanma xərclərini ödəmədikdən sonra bloklanan kartlar açılacaq.//Xəzər TV

0