Tarixin 11 sentyabrı...

MARAQLI
11:25 / 11.09.2026
190

Bu gün tarixin vərəqlərində 11 sentyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

11 sentyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Bundan başqa, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Həmçinin, bu gün Argentinada Müəllim Günüdür. Beləliklə, tarixin 11 sentyabrına nəzər salırıq.

11 sentyabrda baş verənlər:
1992-ci ildə Azərbaycan və Qana arasında diplomatik əlaqələr qurulub. 1941-ci ildə Pentaqonda tikinti işləri başlayıb. 2001-ci ildə ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərində miqyaslı terror aktları törədilib. 2015-ci ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbə yaxınlığındakı Matəf sahəsində qaldırıcı kranın aşması nəticəsində 111 nəfər həlak olub.

11 sentyabrda doğulanlar:
2001-ci ildə Vətən müharibəsi iştirakçısı, şəhid Cəbrayıl Dövlətzadə, 1893-cü ildə dövlət xadimi Əhməd bəy Pepinov, 1913-cü ildə Xalq artisti, kinorejissor Muxtar Dadaşov, 1963-cü ildə aktyor, aparıcı Kamran Həsənli, 1982-ci ildə voleybolçu Yelena Parxomenko və 1983-cü ildə aktyor Müşfiq Şahverdiyev doğulub.

Həmçinin, 1859-cu ildə yaponiyalı fizik Key Okami, 1859-cu ildə xorvat yazıçı Vençeslav Novak, 1885-ci ildə ingilis yazıçı David Lavrens, 1903-cü ildə alman filosof Teodor Adorno, 1917-ci ildə Filippinin 10-cu prezidenti Ferdinand Markos, 1929-cu ildə amerikalı və türk boyakar Burhan Doğançay, 1937-ci ildə rusiyalı müğənni İosif Kobzon, 1965-ci ildə Suriyanın 18-ci prezidenti Bəşər Əsəd, 1978-ci ildə isə serbiyalı futbolçu və baş məşqçi Deyan Stankoviç dünyaya gəlib.

11 sentyabrda vəfat edənlər:
1996-cı ildə azərbaycanlı şair, elm veteranı Cəfər Rəmzi, 1948-ci ildə Pakistanın qurucusu Məhəmməd Əli Cinnah, 1971-ci ildə SSRİ rəhbəri Nikita Xruşşov, 1973-cü ildə Çilinin ilk marksist prezidenti Salvador Alyende, 1979-cu ildə sovet kinodramaturqu Aleksey Kapler və 1979-cu ildə Anqolanın 1-ci prezidenti Aqostinyo Neto vəfat edib.

Pərviz

0