Bu gün "Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayacaq.
Hit.az xəbər verir ki, paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.
"Sabah" bu matça itki ilə çıxacaq. Belə ki, komandanın aparıcı üzvlərindən olan Stiv Solvet zədə səbəbindən oyunu buraxacaq.
"Mançester Yunayted"də də itkilər var. Manuel Uqarte, Karlos Baleba, Amad Diallo və Matteys de Liqtin sözügedən görüşdə meydana çıxmayacağı dəqiqdir. Adıçəkilə oyunçular da zədəlidirlər. Lyuk Şou və Markus Reşfordun isə oyunda iştirak edib-etməyəcəyi sual altındadır.
Xatırladaq ki, "Sabah" tarixində ilk dəfə ÇL-in əsas məhələsində iştirak edir.
Çempionlar Liqası, Liqa mərhələsi, 1-ci tur
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Sabah" (Azərbaycan)
Hakimlər: Villi Delajo, Ervan Finjean, Valentin Evrar, Matyo Vernis (hamısı Fransa)
VAR: Jerom Brisar (Fransa)
AVAR: Momçilo Markoviç (Serbiya)
"Old Trafford", Mançester, İngiltərə.


