Rusiyada azərbaycanlı iş adamının klubu fəaliyyətini dayandıra bilər

İDMAN
21:55 / 31.03.2023
683

Rusiya Premyer Liqasında çıxış edən "Ximki" klubu cari mövsümün sonunda fəaliyyətini dayandıra bilər.

Hit.az xəbər verir ki, bu barədə insayder Sergey İlyev teleqram kanalında paylaşım edib.

Onun sözlərinə görə, Ximki şəhərinin eyniadlı təmsilçisi elitadakı yerini itirərsə, rəhbərlik klubu maliyyələşdirməyəcək. Azərbaycanlı iş adamı Tufan Sadıqovun da səhmdarı olduğu "qırmızı-qaralar"ın idarə heyətini tərk edə biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Ximki" klubu 20 turdan sonra 13 xalla 15-ci pillədə qərarlaşıb.

0