Joze Mourinyo "Fənərbaxça"nın baş məşqçisi olacaq?

İDMAN
12:19 / 31.05.2024
483

Türkiyənin “Fənərbaxça” klubu portuqariyalı baş məşqçi Joze Mourinyo ilə 2+1 illik razılıq əldə edib.

Hit.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mourinyo ilə birbaşa danışıqları klubun prezidenti Ali Koç və Mario Branko həyata keçirib.

Daha öncə “Porto”, “Çelsi”, “İnter”, Real Madrid”, “Mançester Yunayted” kimi Avropa nəhənglərini çalışdıran Joze Mourinyo son olaraq İtaliyanın “Roma” klubuna baş məşqçilik edib. O, 2022-ci ildə italyan klubu ilə Konfrans Liqasının qalibi olub.

Murad

0