Cənubi Afrika Respublikası mətbuatı “Sabah”ın Eyden Makkartinin transferi üçün “Kayzer Çifs”ə ödədiyi məbləği açıqlayıb.
Hit.az xəbər verir ki, “African Times” qəzeti Azərbaycan çempionunun Makkartiyə görə 7.000.000 rand (təxminən 720.000 manat) ödədiyini iddia edib.
Bundan əlavə, afrikalıların xəbərinə görə, imzalanmış müqavilədə “Kayzer Çifs”in oyunçunun potensial satış dəyərinin 10 faizini də alacağını nəzərdə tutan bənd var. 22 yaşlı futbolçu “Kayzer Çifs”in yetirməsidir və “Sabah”a gələnə qədər yalnız bu klubda oynayıb.


