Numeroloqların fikrincə, bəzi insanlar üçün yemək sadəcə qidalanmaq vasitəsi deyil, həm də həyatın zövqlərindən biridir. Onların iddiasına görə, bu xüsusiyyət müəyyən doğum tarixləri ilə əlaqəli ola bilər. Əsl qurmanlar üçün yemək yalnız aclığı aradan qaldırmaq deyil, həm də yeni dadlar kəşf etmək, insanlarla ünsiyyət qurmaq və xoş təəssüratlar yaşamaq deməkdir.
HİT.az xəbər verir ki, “Parade” nəşrinin yazdığına görə, dörd doğum tarixi xüsusilə yeməyə olan sevgisi ilə seçilən insanlarla əlaqələndirilir.
Hansı doğum tarixləri qurmanlarla daha çox əlaqələndirilir?
Yalnız ayın günü nəzərə alınır, doğum ayı əhəmiyyət daşımır.
Ayın 3-də doğulanlar – Həyatdan zövq alanlar
Numerologiyaya görə, ayın 3-də doğulanlar Yupiterin təsiri altında olurlar. Bu planet sevinc, bolluq və geniş dünyagörüşü ilə əlaqələndirilir.
Belə insanların yeni dadlara açıq olduqları, fərqli mətbəxləri sınamağı sevdikləri bildirilir. Onlar üçün yemək həm də sosial təcrübədir. Dostlarla nahar və ya şam yeməyi onlar üçün əsl bayrama çevrilə bilər.
Ayın 14-də doğulanlar – Cəsarətli qurmanlar
Bu tarixdə doğulanlar Merkuri planetinin təsiri altında hesab olunur. Numeroloqlar onların maraqlı, araşdırmaçı və yenilikçi olduqlarını qeyd edirlər.
Onlar yeni restoranlar kəşf etməyi, fərqli mətbəxləri sınamağı və qeyri-adi yeməklərə şans verməyi sevirlər. Səyahətlər zamanı belə, əvvəlcədən yemək məkanlarını araşdırmaq onların xarakterik xüsusiyyətlərindən sayılır.
Ayın 24-də doğulanlar – Zövq sahibi bilicilər
Ayın 24-də doğulanlar Veneranın təsiri altında hesab edilir. Bu tarixdə doğulanların yeməyin yalnız dadına deyil, həm də təqdimatına, atmosferə və ümumi estetikaya önəm verdikləri bildirilir.
Onlar süfrə mədəniyyətini yüksək qiymətləndirir, yaxınlarını dadlı yeməklərlə sevindirməyi xoşlayırlar. Yemək onlar üçün insanları bir araya gətirən xüsusi bir vasitədir.
Ayın 26-da doğulanlar – Tələbkar dad biliciləri
Numerologiyaya görə, ayın 26-da doğulanlar Saturnun təsiri altındadırlar. Onlar yemək seçimlərində yüksək standartlara malik olurlar.
Belə insanların yeməyin ən xırda detallarına diqqət yetirdiyi, keyfiyyətə xüsusi önəm verdiyi iddia olunur. Yeni dadları sınamağa açıq olsalar da, sevdikləri məkanlarda adətən özlərinin sınaqdan keçmiş seçimlərinə üstünlük verirlər.
Numeroloqlar hesab edirlər ki, bu insanlar üçün əsas meyar miqdar deyil, keyfiyyətdir və onlar həqiqətən yaxşı yeməyi asanlıqla qiymətləndirə bilirlər.
Samir


