"Qarabağ"ın futbolçusuna 4 milyon avro!

İDMAN
09:17 / 07.06.2024
499

Yeni baş məşqçi təyinatı gerçəkləşdirən "Beşiktaş" ilk transferini "Qarabağ"dan edə bilər.

Offsideplus.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, "qara-ağlar" Leandro Andrade üçün hərəkətə keçib. Klub portuqaliya əsilli yarımmüdafiəçinin meneceri ilə görüşlərdə irəliləyiş əldə edib, bundan əlavə Ağdam təmsilçisi ilə də danışıqlara başlayıb. 

Bildirilir ki, Türkiyə klubu Andradenin 4 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır. 

Qeyd edək ki, 2023-24 mövsümündə 11 qola imza atan Leandro Andradenin "Qarabağ"la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

0