Aİ Gürcüstanın ATƏT-ə sədrliyinə qarşı çıxdı

DÜNYA
12:25 / 30.09.2026
47

Gürcüstan 2027-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyə rəsmi namizədliyini irəli sürüb, lakin Avropa İttifaqının (Aİ) müqaviməti ilə üzləşib. 

HİT.az xəbər verir ki, bu barədə Brüsseldə fəaliyyət göstərən “Rapporteur” portalı (əvvəllər “Euractiv”) məlumat yayıb.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin bu rola hazır olduğunu və bütün iştirakçı dövlətlərlə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib. Lakin Aİ-nin rəsmi nümayəndəsi Kristian Viqand Brüsselin Kiprin namizədliyini dəstəkləməyə davam etdiyini və alternativ variantları nəzərdən keçirmədiyini təsdiqləyib.

ATƏT daxilində də mürəkkəb vəziyyət yaranıb. Kipr hələ də yeganə rəsmi namizəd olaraq qalır, lakin onun namizədliyinin irəli sürülməsi Türkiyə tərəfindən bloklanıb. Bu fonda Gürcüstan özünü alternativ namizəd kimi təqdim etməyə çalışır. Nəşrin məlumatına görə, Baltikyanı ölkələr Gürcüstanın namizədliyinə xüsusilə mənfi yanaşır.

Diplomatik mübahisənin yaxın vaxtlarda ATƏT Nazirlər Şurasının dekabrın 3–4-də Luqanoda keçiriləcək iclasında həll olunacağı gözlənilir.

Samir

0