"Halef"ə yeni obraz gəlir - FOTO

MƏDƏNİYYƏT
10:03 / 30.09.2026
214

Türkiyənin “Now” telekanalında nümayiş olunan və geniş tamaşaçı auditoriyası toplayan “Halef” serialının aktyor heyətinə yeni sima daxil olub. 

Hit.az xəbər verir ki, ekran işinin maraqla gözlənilən növbəti seriyalarında gənc aktrisa Hazal Akkın da yer alacaq. 

Onun layihəyə qoşulması serialın süjet xəttinə yeni nəfəs və fərqli dinamika gətirməyi vəd edir. Sənətçi ekran işində “Dilşad” obrazını canlandıracaq. Serialda vacib xarakterlərdən biri olacağı gözlənilən bu obrazın layihədəki hadisələrin gedişatına ciddi təsir göstərəcəyi bildirilir. 

Hazal Akkının heyətə qatılması layihənin pərəstişkarları arasında böyük maraq və həyəcanla qarşılanıb. Yeni obrazın görünməsi ilə süjetdə gərginliyin daha da artacağı və dramatik məqamların çoxalacağı ehtimal edilir. Reytinq rekordları qıran serial yaradıcı heyətini genişləndirməklə tamaşaçı marağını ən yüksək səviyyədə saxlamağı hədəfləyir. 

Pərviz

0