Bu gün tarixin vərəqlərində 30 sentyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
Bu gün 2020-ci ildə Vətən müharibəsinin 4-cü günü idi. Həmçinin, 30 sentyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Bu gün həm də Birləşmiş Millətlər Təşkilatı (BMT) Beynəlxalq Tərcüməçilər Günü kimi qeyd olunur. Beləliklə, tarixin 30 sentyabrına nəzər salırıq.
30 sentyabrda baş verənlər:
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilib. 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında sərbəst güləşçi Namiq Abdullayev qızıl, boksçu Vüqar Ələkbərov isə bürünc medal qazanıb. Həmçinin, 1520-ci ildə Qanuni Sultan Süleyman taxta 10-cu Osmanlı sultanı kimi çıxıb. 1730-cu ildə Sultan I Mahmud Osmanlı sultanı olub. 1980-ci ildə Küveyt milli futbol komandası Asiya Kubokunun qalibi olub. 2016-cı ildə Metyu qasırğası 5-ci kateqoriyaya çevrilib və 2007-ci ildən bəri Karib dənizində ən güclü qasırğa kimi tarixə düşüb.
30 sentyabrda doğulanlar:
1961-ci ildə Milli Qəhrəman, şəhid kapitan Mirələkbər İbrahimov, 1920-ci ildə kinorejissor və aktyor Lətif Səfərov, 1933-cü ildə bəstəkar Əziz Əzizli və 1973-cü ildə futbolçu Vyaçeslav Lıçkin dünyaya gəlib.
Həmçinin, 1870-ci ildə fransız fizik Jan Batist Perren, 1928-ci ildə amerikalı yazıçı Eli Vizel, 1934-cü ildə avstriyalı bəstəkar Udo Yürgens, 1945-ci ildə İsrailin 12-ci baş naziri Ehud Olmert, 1948-ci ildə türk müğənni və aktrisa Semiramis Pekkan, 1962-ci ildə niderlandlı futbolçu və baş məşqçi Frank Raykard, 1964-cü ildə italiyalı aktrisa Monika Belluççi, 1986-cı ildə fransız futbolçu Olivye Jiru və 1994-cü ildə rusiyalı gimnast Aliya Mustafina doğulub.
30 sentyabrda vəfat edənlər:
1950-ci ildə bəstəkar Zülfüqar Hacıbəyov, 1988-ci ildə rəssam Əbdül Xalıq, 1991-ci ildə xanəndə Səxavət Məmmədov və 2021-ci ildə müğənni Səyyad Əlizadə dünyasını dəyişib.
Həmçinin, 1937-ci ildə gürcü yazıçı Mixeil Cavaxişvili, 1955-ci ildə amerikalı aktyor Ceyms Din, 1990-cı ildə avstraliyalı yazıçısı Patrik Vayt, 2015-ci ildə niderlandlı sabiq futbolçu Riki Talan və 2018-ci ildə danimarkalı rok musiqiçisi Kim Larsen dünyasını dəyişib.
Pərviz

