Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktoru Nadir Quliyev vəzifəsindən gedib.
Bu ilin əvvəlində yenidən istifadəyə verilən arenanın rəhbəri öz istəyi ilə istefa ərizəsi yazıb.
Gənclər və İdman Nazirliyi Quliyevin ərizəsini qəbul edib. Yaxın günlərdə bu posta təyinat olacaq.
Direktorun iş yerindən getmək istəməsi təsadüfən yaranmayıb. Stadionun idarəetməsində ciddi problemlər əmələ gəlib.
Maliyyə cəhətdən yaranan çətinliklər 3 aydır daha çox büruzə verir. Burada çalışan əməkdaşlar aylardır əməkhaqqı ala bilmir.
O cümlədən, kommunal xərclərin ödənilməsi müşkülə dönüb. Bu səbəbdən stadionun müxtəlif dövlət təşkilatlarına böyük miqdarda borcu yaranıb.//sportinfo.az