Daha bir türkiyəli ulduz Azərbaycana gələcək.
Hit.az xəbər verir ki, məşhur müğənni Ziynet Sali ölkəmizdə konsert verəcək.
Sənətçi 31 oktyabrda Heydər Əliyev Sarayında konsert verəcək. Saat 20:00-da başlayacaq tədbir 90 dəqiqə davam edəcək. Bilet qiymətləri 35 manatdan 155 manata qədərdir. Sevilən ifaçı unudulmaz və yeni mahnıları paytaxtımızdakı pərəstişkarları qarşısında canlı səsləndirəcək.
Pərviz


