Tramp: Bill Qeyts süni intellektlə bağlı mövqeyini dəyişib və onun inkişafını dəstəkləyir

DÜNYA
13:26 / 30.09.2026
48

“Microsoft”un təsisçisi Bill Qeyts süni intellektlə bağlı mövqeyini dəyişib və artıq onun inkişafının 1 milyard insanın ölümünə səbəb ola biləcəyini düşünmür. 

HİT.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp süni intellekt hazırlayan ən böyük şirkətlərin rəhbərləri ilə görüşdən sonra bildirib. Görüşün yekununda sahəyə nəzarətlə bağlı birgə saziş imzalanıb.

“İndi o, artıq bunu demir. Onun bazar günü nə dediyi mənə fərq etmir, çünki sizə deyə bilərəm ki, dünən o, ümumiyyətlə bunu demədi. Əslində, o, bunun tam əksini söylədi”, – ABŞ prezidenti “Fox News” telekanalının efirində bildirib.

Bazar günü yayımlanan “NBC” telekanalına müsahibəsində Bill Qeyts ABŞ prezidentinin süni intellektin tənzimlənməsinə skeptik yanaşmasını tənqid edib. O, həmçinin bildirib ki, süni intellekt üzərində qlobal nəzarətlə bağlı razılaşmaya nail olmaq Soyuq müharibə dövründə nüvə silahlarının məhdudlaşdırılması barədə razılığa gəlməkdən daha çətin olacaq.

Milyarder avqust ayında yayımladığı essedə süni intellektlə bağlı narahatlıqlarını ifadə edib və texnologiyanın işçiləri iş yerlərindən sıxışdırıb çıxarması ilə əlaqədar süni intellektə vergi tətbiq edilməsini təklif edib.

Samir
 

0