PSJ qətərli investorları itirə bilər - İş adamı ittihamlardan yorulub

İDMAN
22:12 / 13.02.2025
48

Fransanın PSJ klubu prezident Nasser əl-Xələifiyə qarşı irəli sürülən ittihamlar səbəbindən qətərli sahiblərini itirə bilər. 

HİT.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

"Mənbələr bildirir ki, qətərlilər bu ittihamlardan yorulublar. Fransanın bütün problemlərində onları günahlandırırlar və hər dəfə kömək etməyə çalışanda bu, istismar kimi qəbul edilir. Artıq hamının səbri tükənib", deyə adının açıqlanmasını istəməyən mənbə bildirib.

Məlumata görə, 5 fevralda əl-Xələifi səsvermənin ədalətliliyinə müdaxilə, səsverməyə təsir göstərmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Bildirilir ki, PSJ prezidenti "Lagardere" qrupunun idarəçiliyi ilə bağlı mübahisədə Qatar İnvestisiya Təşkilatının (QIA) səsvermə mövqeyini dəyişdirmək üçün nüfuzundan istifadə edə bilər.

PSJ ilə yanaşı, qətərli investorlar "beIN Sports" telekanalına yatırdıqları sərmayəni də dayandıra bilərlər.

Samir

0