"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarış başa çatıb.
HİT.az-ın məlumatına görə, finişə birinci çatan pilotun adına aydınlıq gəlib.
"Rodin Motorsport"dan Aleks Dann bütün rəqiblərini qabaqlayıb.
Onun komanda yoldaşı Martinius Stenşorne ikinci, "Dams Lukas Oil" komandasından Dino Beqanoviç üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.


