“Barselona” Keyn üçün ilk addımı atdı

İDMAN
14:45 / 29.06.2026
50

“Barselona” İngiltərə millisinin kapitanı Harri Keynin transferi imkanını dəyərləndirir.

QOL.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Kataloniya klubunun nümayəndələri keçidi müzakirə etmək üçün artıq 32 yaşlı hücumçunun ətrafı ilə əlaqə saxlayıblar.

Keynin “Bavariya” ilə müqaviləsinin başa çatmasına 1 il qalıb. Təcrübəli futbolçu Almaniyada özünü rahat hiss edir və hazırda əsas diqqətini Münhen təmsilçisi ilə yeni müqavilə imzalamağa yönəldib.

Məlumata görə, “Barselona” transfer şərtləri daha əlverişli olacağı təqdirdə dünya çempionatından sonra məsələni yenidən gündəmə gətirməyi planlaşdırır.

Qeyd edək ki, Keyn 2023-cü ildən "Bavariya"da oynayır. O, daha əvvəl "Tottenhem"də çıxış edib.

0