ÇL-in bütün oyunları bu şəhərdə

İDMAN
13:49 / 07.06.2020
1157

Lissabon Çempionlar Liqasının bu mövsüm keçirilməyən digər bütün oyunlarını qəbul etməyə əsas namizəd şəhərdir.

Bu barədə Almaniyaın “Bild” nəşri məlumat yayıb. Portuqaliya paytaxtının bu rəqabətdə Frankfurt və Moskvanı qabaqladığı iddia edilir.

Bu mövsüm ÇL-in finalının ev sahibliyi hüququ İstanbuldadır. Amma Türkiyənin epedimioloji vəziyyətlə bağlı UEFA-ya təminat verə bilmədiyi iddia olunur. Bu səbəbdən də UEFA koronavirusla bağlı durumu nəzərə alaraq yarışı 1/4 finaldan başlayaraq eyni şəhərdə keçirmək haqda düşünür.

Qeyd edək ki, Portuqaliyanın bütün klubları ÇL-də mübarizəni dayandırıb. Bu da onların oyunları qəbul etmək şansını daha da artrıb.

Məsələ ilə bağlı yekun qərarın UEFA İcraiyyə Komitəsinin iyunun 17-də keçiriləcək iclasında veriləcəyi bildirilir.

0
Qol.az