Azərbaycan klubları məşqlərə başlayır - Tarix açıqlandı

İDMAN
02:43 / 14.05.2020
1744

Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqlərə başlayacağı tarix müəyyənləşib.

Fanat.Az xəbər verir ki, azerifootball.com saytı məlumat yayıb.

Saytın əldə etdiyi məlumata görə, klublar bu həftədən məşqlərə başlayacaq. Premyer Liqa təmsilçiləri ayın 15-də tam heyətlə ilk məşqə çıxa biləcək. Artıq bununla bağlı AFFA və PFL klubları təlimatlandırıb.

Premyer Liqanın bərpasına gəlincə, koronavirus pandemiyası ilə bağlı ölkədə vəziyyət pisləşməyəcəyi halda iyunun 5-də çempionat başlayacaq.

Qeyd edək ki, Premyer Liqa koronavirus pandemiyasına görə XX turdan sonra dayanandırılıb. Sonuncu turun oyunları martın 7-8-də keçiriilib.

Fanat.Az

0