Həmkarları ilə qalmaqal yaşayan Elnarə: “Heç kimdən küsməmişəm” - VİDEO

MAQAZİN
23:26 / 20.03.2024
316

Müğənni Elnarə Xəlilova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Bizimləsən” ictimai-sosial verilişində bildirib ki, heç bir həmkarı ilə küsülü deyil. 

“Heç kim qırılmasın, bayram günləridir. Əksinə qoy küsülülər barışsın. Mehribanlıq olsun. Mən heç kimdən küsməmişəm. Həqiqi küsməmişəm. Yalan nə deyim? Uman yerdən küsərlər. Yaddan niyə küsəsən ki? Mən heç kimdən küsməmişəm. Doğmadan küsərlər, yaddan deyil”, - deyə Elnarə vurğulayıb. 

Qeyd edək ki, Elnarə Xəlilova keçmiş “W-trio”qrupunun digər üzvləri Xalq artisti Röya Ayxan, müğənni Natavan Həbibi eyni zamanda həmkarı Səidə Sultanla danışmır.

Onlar arasında artıq uzun müddətdir ki, “soyuq küləklər əsir”. İfaçılar zaman-zaman müsahibələrində bir-birinin ünvanına xoşagəlməz sözlər və ağır ittihamlar səsləndiriblər.  

 

 

0