Məşhur müğənni Ariana Qrande və aktyor Ethan Slater təxminən üç il davam edən münasibətlərinə son qoyub.
HİT.az xəbər verir ki, cütlük “Wicked” filminin çəkiliş meydançasında tanış olmuş və münasibətləri qısa müddətdə romantik əlaqəyə çevrilmişdi.
Məlumata görə, ayrılıq artıq bir neçə ay əvvəl baş verib, lakin tərəflər bu barədə ictimaiyyətə açıqlama verməyiblər. Yaxın mənbələrin iddiasına əsasən, Ariana Qrande və Ethan Slater münasibəti dostluq çərçivəsində davam etdirmək qərarına gəlib və bir-birinə qarşı hörmət və rəğbət saxladıqlarını bildiriblər.
Cütlük münasibətləri boyunca diqqət mərkəzindən uzaq qalmağa çalışıb və şəxsi həyatlarını mümkün qədər gizli saxlayıb. Ayrılığa baxmayaraq, Ariana Qrandenin öz layihələrinə fokuslandığı, yeni musiqi albomu və konsert turnesi üzərində işlədiyi qeyd olunur.
Xatırladaq ki, hər iki ulduz “Wicked” layihəsinin çəkilişləri zamanı tanış olmuşdu. O dövrdə həm Ariana Qrande, həm də Ethan Slater başqa şəxslə evli idi. Daha sonra hər iki tərəfin şəxsi həyatında dəyişikliklər baş vermiş və onların münasibəti uzun müddət mediada geniş müzakirə olunmuşdu.
Samir


