Elnarə Xəlilova buna görə toylara getmir

MAQAZİN
23:51 / 17.06.2026
42

Müğənni Elnarə Xəlilova toy sənətçiləri ilə bağlı fikirlərini bölüşüb.

Sənətçi "Xəzər axşamı" verilişində çıxışı zamanı toyda oxumağın böyük məsuliyyət tələb etdiyini bildirib. İfaçı toya getməməsi haqda suala belə reaksiya verib:

"Heç kim ailəsinin içinə istənməyən ifaçını dəvət etməz. Sevilən, tələbatlı ifaçı olmalısan ki, səni çağırıb ailəsinin içinə salsınlar. Biz toylarda püxtələşmişik. Toy məktəbdir, qəhrəmanlıqdır. Axşam saat 6-dan gecə 12-yə qədər ayaqüstə dayanmaq, hamının sifarişini qəbul etmək üçün səbr, bacarıq və mədəniyyət lazımdır. Təsəvvür edin ki, hər gün toydasan".//Axşam.az

0