Heyden Panettierinin ehtimal olunan ölüm səbəbi açıqlandı

MAQAZİN
17:18 / 15.09.2026
41

Məşhur amerikalı aktrisa Heyden Panettieri avqustun 16-da vəfat edib. Lakin yalnız indi “Heroes” və “Nashville” seriallarının ulduzunun ehtimal olunan ölüm səbəbi açıqlanıb.

HİT.az xəbər verir ki, “TMZ”nin məlumatına görə, 36 yaşlı aktrisa fentanillə qarışdırılmış oksikodon həbinin təsirindən ölə bilər. Fentanilin təsiri morfindən 100 dəfə güclüdür. Hətta bu narkotik maddənin kiçik miqdarı belə tənəffüsün dayanmasına və vaxtından əvvəl ölümə səbəb ola bilər. Bildirilir ki, sözügedən həbi aktrisaya daha əvvəl xidmətlərindən istifadə etdiyi Los-Ancelesdəki narkotik satıcısı verə bilərdi.

Hazırda istintaq davam edir. Bununla belə, ekspertlər Heydenin Los-Ancelesdən Cənubi Karolinaya uçuş zamanı bu həblərdən birini, ertəsi gün isə daha birini qəbul etmiş ola biləcəyini bildirirlər. Bu, hələlik ölüm səbəbinin rəsmi təsdiqlənmiş versiyası deyil.

Qeyd edək ki, Panettierinin meyitini onun sevgilisi Brayan Hikkerson Qrinvildəki mənzildə tapıb. Kişi aktrisanı reanimasiya etməyə çalışsa da, onu xilas etmək mümkün olmayıb.

Aktrisanın ukraynalı boksçu Vladimir Kliçko ilə münasibətindən Kaya-Yevdokiya adlı qızı qalıb.

Xatırladaq ki, bundan əvvəl mərhum Heyden Panettierinin sevgilisinin polis tərəfindən saxlanıldığı məlum olmuşdu.

Samir
 

0