Mənzildə qarışqalardan necə asanlıqla qurtulmaq olar?

MARAQLI
22:14 / 09.06.2026
44

Yay mövsümünün gəlişi ilə qarışqalar mənzillərdə və evlərdə daha tez-tez problemə çevrilir. Mətbəx səthində bir neçə qida qırıntısı və ya açıq qalan qapı onların içəri daxil olması üçün kifayət edir.

HİT.az xəbər verir ki, “NLC” nəşrinin yazdığına görə, hər zaman dərhal mağazaya qaçaraq kimyəvi vasitə almağa ehtiyac yoxdur. Qarışqaları uzaqlaşdırmaq üçün bir sıra təbii üsullardan istifadə etmək mümkündür.

Qarışqalar hərəkət istiqamətini qoxu izləri vasitəsilə müəyyən edir. Buna görə güclü qoxular onların marşrutunu pozaraq istiqamətlənməsini çətinləşdirə bilər.

Ən effektiv üsullardan biri nanə yağıdır. Nanə yağı qarışqaların oriyentasiyasını pozur və onları çaşdırır.

Bir neçə damcı nanə yağını su ilə qarışdırıb pəncərə kənarlarına, qapı çərçivələrinə və həşəratların daxil olduğu yerlərə püskürtmək tövsiyə olunur. Həmçinin həmin məhlulla isladılmış pambıq disklər də problemli nöqtələrdə yerləşdirilə bilər.

Mütəxəssislər həmçinin ağ sirkə və limon şirəsindən istifadəni də məsləhət görürlər. Bu qarışığın kəskin qoxusu qarışqaların istiqamətini pozur.

Suda durulaşdırılmış sirkə sprey kimi qarışqaların tez-tez göründüyü yerlərə tətbiq oluna bilər. Pəncərə kənarlarının və qapı çərçivələrinin limon şirəsi ilə silinməsi də həşəratları uzaqlaşdıra bilər.

Bundan başqa, qəhvə çöküntüsü də təbii vasitə kimi istifadə olunur. Güclü qoxuya görə bir çox hallarda qarışqaları uzaqlaşdırmaq üçün effektiv sayılır.

Qəhvə çöküntüsünü kiçik qablarda pəncərələr və qapılar yaxınlığında yerləşdirmək, həmçinin həyət və terras ətrafına səpmək mümkündür. Qoxu zamanla zəiflədiyi üçün bir neçə gündən bir yenilənməsi tövsiyə olunur.

Mütəxəssislər vurğulayırlar ki, ən yaxşı üsul profilaktikadır. Qida qırıntılarını açıq yerlərdə saxlamaq olmaz. Qida məhsulları qapalı qablaşdırmalarda saxlanmalı, mətbəx mütəmadi təmizlənməlidir.

“Better Homes & Gardens” nəşrinin məlumatına görə, həyətdəki qarışqa yuvasından kimyəvi vasitələrdən, bahalı preparatlardan və mütəxəssis çağırmadan da xilas olmaq mümkündür.

Ən sadə üsullardan biri qarışqa yuvasını dırmıq və ya bel ilə dağıtmaqdır. Həmçinin bəzi hallarda su ilə yuyub “su basması” üsulundan da istifadə olunur.

Samir

0