İsti havalarda hər kəs otağını sərinlətmək üçün kondisionerdən istifadə edə bilmir. Bir çox insan rahatlığı artırmaq üçün daha ucuz ev üsulları axtarır.
HİT.az xəbər verir ki, "Ofemin" nəşrinin yazdığına görə, italyanlar və ispanlar bu məqsədlə bir şüşə su, pəncərənin yanında nəm parçalar və ya qalın pərdələr kimi ev fəndlərindən istifadə edirlər.
Təbii ki, bu vasitələr kondisioneri tam əvəz etmir, lakin düzgün havalandırma ilə birlikdə otağın daha sərin qalmasına kömək edə bilər.
“Ən sadə üsullardan biri pəncərə kənarına və ya pəncərənin yanına su şüşəsi qoymaqdır. Sadə görünsə də, su istiliyi yavaş qəbul etdiyi üçün otağın daha gec qızmasına səbəb olur”, deyə materialda qeyd olunur.
Mütəxəssislər düzgün havalandırmanın vacibliyini də vurğulayırlar. Səhər tezdən və axşam gec saatlarda pəncərələri açmaq, gündüz isə bağlı saxlamaq daha məqsədəuyğundur ki, isti hava içəri daxil olmasın.
Yaş parçalar
Digər üsul açıq pəncərəyə yaş dəsmal və ya çarşaf asmaqdır. Su buxarlandıqca havanı soyudur və xüsusilə yüngül hava axını olduqda effekt daha da artır.
Bu üsul Cənubi Avropa ölkələrində geniş yayılıb, çünki bir çox ev təsərrüfatı kondisionersiz alternativ yollar axtarır.
Pəncərələrin kölgələndirilməsi
İstinin böyük hissəsi evə pəncərələrdən daxil olur. Buna görə də jalüzlər, rulon pərdələr və ya qalın parçalarla kölgələndirmə çox vacibdir. Bu vasitələr günəş şüalarını azaldaraq daxili temperaturun daha aşağı saxlanmasına kömək edir.
Samir


